Çelik koronavirus müalicəsindən danışdı - FOTO

4 Aprel 2021 18:34

Türkiyənin tanınmış pop ifaçılarından olan Çelik koronavirus xəstəliyini necə keçirdiyini pərəstişkarları ilə bölüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məşhur müğənni bu haqda "Instagram" hesabında yazıb.

Çelik ilk növbədə müalicəsinin uğurla bitdiyini və karantin müddətinin başa çatdığını qeyd edib.

O bildirib ki, ağciyər tomoqrafiyasından sonra COVID-ə yoluxduğu aşkarlanıb və 15 gün xəstəxanada yatmalı olub. 

Milli.Az