İndoneziyada daşqın - xeyli ölən var

4 Aprel 2021 18:13

İndoneziyanın şərqində leysan yağışlardan sonra torpaq sürüşməsi və daşqınlar ən azı 23 nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Agentliyi bildirib.

Məlumata əsasən, minlərlə insan təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qaldı/

Gecə yarısından az sonra, dağlıq ərazidə baş verən sürüşmə Şərqi Nusa-Tenqara vilayətininin Flores adasında Lamenele kəndindəki təxminən 50 evi əhatə etdi.

Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyinin nümayəndəsi Raditya Cati bildirib ki, xilasedicilər 20 ölü və 9 yaralı cəsədləri tapıb.

Daşqında boğulan daha üç nəfərin cəsədini Oyan Bayan kəndinin sakinləri tapıb.

Milli.Az