"Liverpul" çempionluq şansını rəsmən itirdi

4 Aprel 2021 12:34

30-cu turda "Arsenal"ı məğlub edən (3:0) "Liverpul" 2020/21 mövsümündə Premyer Liqada çempion olmaq şansını itirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, ötən gecə "Mançester Siti"nin "Lester"ə qalib gəlməsi ilə dəqiqləşib. Beləliklə, sona 8 tur qalsa da, "şəhərlilər" xallarının sayını 74-ə çatdırıb və "Liverpul"la (49 xal) arasındakı fərq 25 xal olub. "Mersisaydlılar" bu 8 matçda qalib gəlsələr də, aradakı fərqi qapaya bilməyəcəklər. Bununla da "qırmızılar" 2020/21 mövsümündə çempionluq şansını rəsmən itirib.

Qeyd edək ki, "Liverpul" ötən mövsüm 30 ildən sonra Premyer Liqanın qalibi olmuşdu. Komanda cari mövsümdə 49 xalla 5-cidir.

Milli.Az