Ermənistanda koronavirusdan ölənlərin sayı 3592 nəfərə çatdı

4 Aprel 2021 13:26

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 196 634 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 590 nəfər COVİD-19-a yoluxub, 17 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı  3 592 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində  3 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 921 nəfərə yüksəlib.

Milli.Az