Gürcüstanda son sutkada 464 yoluxma qeydə alındı, 7 nəfər öldü

4 Aprel 2021 13:41

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  464 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  283 833, ölənlərin sayı isə 3 811 nəfərə çatıb. Virusa yoluxanlardan 274 599 nəfərin sağaldığı bildirilir.

Milli.Az