Melike “Bir zamanlar Çukurova”dan gedir

4 Aprel 2021 11:26

Türkiyədə yayımlanan "Bir zamanlar Çukurova" serialında ayrılıq yaşanacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, layihədə uzun müddətdir rol alan aktrisa Melike İpek Yalova ekran işindən ayrılacaq.

O, serialda həkim Müjgan obrazına həyat verir.

Xatırladaq ki, çəkilişləri Adana şəhərinin Çukurova bölgəsində reallaşan ekran əsərinin bu mövsüm final edəcəyi bildirilib.

Milli.Az