"Qarabağ" yenidən liderliyə yüksəldi - YENİLƏNİB

4 Aprel 2021 21:36

21:36

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib. Lider "Neftçi" gözlənilmədən evdə "Sumqayıt"a uduzub - 0:2. Komandalar arasında 2-ci turda "Neftçi"nin meydanında keçirilən görüş də "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. 

Digər görüşdə isə "Qəbələ" "Sabah"ın qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da paytaxt təmsilçisi 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan "Qarabağ" "Keşlə" ilə səfərdə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu nəticələrdən sonra xallarını 43-ə çatdıran "Qarabağ" "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib. "Neftçi" 42 xalla 2-cidir.

4 aprel (bazar)

18:30. "Keşlə" - "Qarabağ" - 1:1
Qollar:
 Rəhman Hacıyev, 7 (1:0), Patrik Andrade, 90+2-pen. (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
"ASK Arena"

17:30. "Sabah" -" Qəbələ" - 1:0
Qol:
 Ramil Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"Bank Respublika Arena"


16:30. "Neftçi" - "Sumqayıt" - 0:2
Qollar:
 Rəhim Sadıxov, 4 (0:1), 42 pen.(0:2)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
"Bakcell Arena"

3 aprel (şənbə)

"Səbail" - "Zirə" - 0:0
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 21 12 7 2 47-14 43
2 Neftçi 21 13 3 5 30-21 42
3 Zirə 21 7 10 4 24-21 31
4 Sumqayıt 21 7 8 6 25-24 29
5 Qəbələ 21 5 8 8 18-29 23
6 Səbail 21 4 7 10 19-33 19
7 Sabah 21 5 4 12 20-29 19
8 Keşlə 21 3 9 9 21-33 18



Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 14 qol
Mahir Emreli ("Qarabağ") - 13 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol
Rafael Utriq ("Qəbələ") - 5 qol

19:31

4 aprel (bazar)

18:30. "Keşlə" - "Qarabağ" - 1:0 (Fasilə)
Qol:
 Rəhman Hacıyev, 7
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
"ASK Arena"

17:30. "Sabah" -" Qəbələ" - 1:0
Qol:
 Ramil Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"Bank Respublika Arena"


16:30. "Neftçi" - "Sumqayıt" - 0:2
Qollar:
 Rəhim Sadıxov, 4 (0:1), 42 pen.(0:2)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
"Bakcell Arena"

3 aprel (şənbə)

"Səbail" - "Zirə" - 0:0

N Klublar O Q H M T-F X
1 Neftçi 21 13 3 5 30-21 42
2 Qarabağ 20 12 6 2 46-13 42
3 Zirə 21 7 10 4 24-21 31
4 Sumqayıt 21 7 8 6 25-24 29
5 Qəbələ 21 5 8 8 18-29 23
6 Səbail 21 4 7 10 19-33 19
7 Sabah 21 5 4 12 20-29 19
8 Keşlə 20 3 8 9 20-32 17

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 14 qol
Mahir Emreli ("Qarabağ") - 13 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol
Rafael Utriq ("Qəbələ") - 5 qol

09:14

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 3 matç keçiriləcək.

Əvvəlcə lider "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. Digər görüşdə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan "Qarabağ" "Keşlə" ilə səfərdə üz-üzə gələcək.

4 aprel (bazar)

16:30. "Neftçi" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
"Bakcell Arena"

17:30. "Sabah" -" Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"Bank Respublika Arena"

18:30. "Keşlə" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
"ASK Arena"

3 aprel (şənbə)

"Səbail" - "Zirə" - 0:0

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 14 qol
Mahir Emreli ("Qarabağ") - 13 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol
Rafael Utriq ("Qəbələ") - 5 qol

Milli.Az