Britaniyada son sutkada 3,4 min nəfər koronavirusa yoluxdu

4 Aprel 2021 11:13

Böyük Britaniyada son sutka ərzində 3423 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 357 091 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 10 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 826 nəfərə çatıb.

Milli.Az