Riberi 9 il gözlədi

3 Aprel 2021 20:09

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi qırmızı vərəqə alıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 37 yaşlı veteran A seriyasının "Cenoa" ilə görüşündə meydandan qovulub.

Riberi sonuncu dəfə təxminən 9 il əvvəl belə ağır cəza alıb. O, 2011-ci ilin dekabrında qırmızı vərəqə görüb. Həmin vaxt fransalı Almaniyada "Bavariya"nın formasını geyinirdi.

Milli.Az