"Mənim itim və..." - İkardinin yazdığı söz izləyiciləri çaşbaş qoydu - FOTO

3 Aprel 2021 15:28

PSJ-nin argentinalı ulduzu Mauro İkardinin sosial şəbəkədə xanımı və meneceri Vanda Naraya yazdığı ifadə gündəm olub.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu şəxsi "instagram" hesabında Nara və iti ilə paylaşdığı şəkilə "Mənim itim və fahişəm" sözlərini yazıb.

Vanda Nara isə ona cavab olaraq "Çox zarafatcılsan" şərhini yazıb.

Milli.Az