İlin fəsillərinə görə dəyişən unikal bina - FOTO

3 Aprel 2021 13:54

İsveçrədə amerikalı Douq Aitkenin layihəsi ilə tikilən xarici və içərisi aynalarla örtülmüş qeyri-adi bina ətrafdakı dağ mənzərəsini əks etdirdiyinə görə "İlğım" adlanır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, birmərtəbəli evin sehri binanın yuxarıdan aşağıya güzgülərlə örtülməsi səbəbindən baş verir.

Ev fəsillər boyunca ətrafdakı mənzərəyə uyğun dəyişərək qışda qışı, yayda isə yayı xarakterizə edir. Binaya giriş həmişə açıq olduğundan, bu füsunkar mənzərəyə yaxından baxmaq istəyən ziyarətçilər güzgü simvolunu araşdırmaqda sərbəstdirlər.

"İlğım"ın içi də kaleydoskop effekti yaradan güzgülərlə bəzədilib.

Milli.Az