Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

3 Aprel 2021 11:39

Çində son sutka ərzində 26 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 252-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 413 xəstə sağalıb.

Ölkədə 203 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az