Bakının əsas magistral yollarında sürət həddi endirildi

3 Aprel 2021 09:04

Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Milli.Az