Bakıda restorandan çıxan şəxsi avtomobil vurub

3 Aprel 2021 08:08

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Duz Çörək" restoranından çıxaraq yolun əks istiqamətinə keçmək istəyən 1999-cu il təvəllüdlü Nəzərov Rəsul Həsənağa oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər ona baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az