Yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb - FOTO

2 Aprel 2021 20:15

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.

Yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.

Milli.Az