Dünyanın ən populyar qəzet saytı hansıdır?

27 Yanvar 2012 11:52
Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, "ComScore" şirkətinin apardığı hesablamaların nəticələri belədir.
Britaniya tabloidi populyarlıq baxımından ABŞ-ın məşhur "The New York Times" qəzetini geridə qoyub.

Ötən il "Mail Online" saytına 45,3 milyon, "NYTimes" saytına isə 44,8 milyon insan baxıb.
"Mail Online" saytının baş redaktoru Martin Klarkın dediyinə görə, saytın oxucularının artımı ABŞ vətəndaşlarının hesabınadır.

Lakin mütəxəssislər hesab edirlər ki, "Mail Online" ona məxsus "This is Money" saytının da göstəricilərini hesabladığı üçün liderdir.
Halbuki "NYTimes" ona məxsus "Boston Globe"un saytının oxucularını da hesablasaydı, dünya lideri olardı.

Dünya qəzetləri arasında ən populyar saytlara malik media strukturları arasında ilk beşlikdə sonrakı yerləri "USA Today", "The Tribune" və "The Guardian" tuturlar.
"The Daily Mail" saytı şou-biznes xəbərləri və qalmaqallı informasiyalara üstünlük verir. "Offlayn" satışlarda isə bu qəzet Britaniyada "The Sun"dan geridədir.

Milli.Az