Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı

2 Aprel 2021 17:47

Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan Milli.Az-a bildirilib ki, AÇG yatağından 01.01.2021 - 01.04.2021 tarixinə 953,498 mln. ABŞ dolları gəlir əldə olunub.

O cümlədən, dövr ərzində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 29,166 mln. ABŞ dolları təşkil edib.

Milli.Az