Bu ölkədə də karantin rejimi sərtləşdirilir

2 Aprel 2021 18:54

Çexiyada karantin rejimi sərtləşdirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bağça və məktəblərin, sağlamlıq imkanları məhdud insanlar üçün təhsil müəssisələrinin bağlanması haqda qərar qüvvədə qalıb.

Eyni zamanda, fabrik, zavod və digər iri şirkətlərin əməkdaşları məcburi testdən keçiriləcək.

Milli.Az