Yeni Nissan Patrol Nismo modelinin debüt tarixi açıqlanıb - VİDEO - FOTO

10 Aprel 2021 22:30

Nissan şirkəti Nismo "qaynar" versiyasında olan 2022-ci model ilinin Patrol ofrouderinin ilk video tizerini nümayiş etdirib. Yapon markasının idman şöbəsi, yalnız Orta Şərq bazarları üçün nəzərdə tutulmuş yeni modelin təqdimat tarixini də açıqlayıb - 31 mart.

Qısa videoçarxda yenilənmiş Patrol Nismo modelinin yalnız xarici görünüşünün bəzi detalları barədə təsəvvür yaradır: sürətlə dəyişən kadrlarda ön fənərləri, emblemləri və ofrouderin siluetini görə bilərsiniz. Bununla birlikdə, casuslar artıq Birləşmiş Ərəb Əmirliklərində təşkil Edilmiş fotosessiya zamanı tamamilə kamuflyajdan məhrum olan prototipi yaxalamağı bacarıblar.

Ənənəvi olaraq, "qaynar" versiya standart Patroldan genişləndirilmiş hava girişləri və ön splitterdə, ətəklərdə, arxa bamper və qara arxa güzgülərdə qırmızı vurğuları olan aqressiv kuzov dəsti ilə seçilir. Eyni zamanda, Patrol Nismo modeli diffuzora, qara və gümüşü qolları olan 22-düymlük təkər disklərinə, beşinci qapının üstündə qara rəngli kiçik spoylerə və buraxılış sisteminin dörd borusuna sahib olacaqdır.

Avtomobilin texniki xüsusiyyətlər açıqlanmasa da, güc qurğusunun dəyişilməz qalacağı gözlənilir. Yenilənmədən əvvəlki Patrol Nismo kimi, yeni model də 428 at qüvvəsi hasil edən 5,6-litrlik V8 mühərriki ilə təchiz olunacaqdır. Belə mühərrik aktual ofrouderi 100 km/saat həddinə 6,1 saniyəyə sürətləndirir. Adi Patrol modeli bu işə yarım saniyə daha çox vaxt sərf edir.

Milli.Az