Qonşu ölkədə COVID-19-a üç təkrar yoluxma qeydə alındı

2 Aprel 2021 19:45

İndiyədək Gürcüstanda koronavirusa üç təkrar yoluxma faktı təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, COVID-19-a 140 şübhəli yoluxma halı qeydə alınıb və hazırda onlarla bağlı araşdırmalar davam etdirilir. /medicina.az

Milli.Az