Rusiya səfirliyi öz vətəndaşlarına Azərbaycanı quru sərhədlə tərk etməyə yardım göstərəcək

2 Aprel 2021 16:24

Rusiyanın Azərbaycandakı səfirliyi aprelin sonunda Rusiya vətəndaşlarının dövlət sərhədini keçidini təşkil etməyi planlaşdırır.

Bu barədə Milli.Az-a səfirlikdən bildiriblər.

Qeyd olunub ki, bu cür tədbirlər iki ölkə arasında sərhədlərin bağlanacağı təqdirdə hər ay həyata keçiriləcək.

Səfirlikdən bildiriblər ki, "Samur" sərhəd-keçid məntəqəsindən keçid üçün Rusiya vətəndaşlığına malik olmaq və ya bu ölkəyə getmək üçün əsaslı səbəb təqdim etmək lazımdır. Sərhəddən keçidlər ödənişsiz əsasda həyata keçiriləcək.

Milli.Az