Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı

2 Aprel 2021 12:31

Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətənaməni əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov "Sosial saat"da deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal forma 88 tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir:

"Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoşəkilişlər, ümumi məlumatlar ümumi komissiya tərəfindən nəzərdən keçirilir".

Ə.Əbdül-Qədirovun sözlərinə görə, şəxsin hərbi xidmətdən tərxis olunması o, demək deyil ki, ona əlillik təyin edilməlidir:

"Bu halda şəxs hərbi sahə üçün yararlı deyil: "Amma o, digər sahələrdə çalışa bilər".

Milli.Az