Gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edildi

2 Aprel 2021 12:09

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər  inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Milli.Az