Qanlı gecə - Klubda silahlı insident ölümlə nəticələndi - FOTO

2 Aprel 2021 12:04

Türkiyənin İzmir şəhərində gecə klubunda iki qrup arasında silahlı və bıçaq davası ilə nəticələnən insident yaşanıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, insident zamanı 1 nəfər həyatını itirib, ikisi ağır olmaqla altı nəfər isə yaralanıb.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.

Kamran
Milli.Az