Günay İbrahimli yeni görünüşdə - FOTOlar

2 Aprel 2021 10:44

Müğənni Günay İbrahimli xarici görünüşündə dəyişiklik edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi saçlarını uzadıb və açıq sarı rəngə boyatdırıb. Yeni fotolarını sosial şəbəkədə yayımlayan Günay 3 ildən sonra yenidən saçını sarıya boyatdırdığını bildirib.

İzləyicilər isə ifaçının yeni görünüşünü bəyənməyiblər. Onlar Günaya tünd saçların daha çox yaraşdığını vurğulayıblar.

Milli.Az