Yayda toylarıdır

2 Aprel 2021 09:54

Modelyer İvana Sərt ərə getməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı modelyer özü verib. İ.Sərt 9 aydır eşq yaşadığı Sezer Dermencinin ona evlilik təklifi etdiyini açıqlayıb:

"Martın 11-də romantik evlilik təklifini qəbul etdim. Yayda nikah olacaq. Axır ki, könlümə uyğun bir kişi tapdım. Allah dualarımı eşitdi və istədiyim adamı mənə yolladı".

Milli.Az