"Chevrolet" hasara çırpılaraq yandı

2 Aprel 2021 09:24

Qəbələ rayonunun Yenikənd kəndində "Chevrolet" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az