"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır

1 Aprel 2021 22:57

2021-ci ilin martında Azərbaycanın axtarış sistemi bazarında 95,19 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevral ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,94 faiz azalıb.

Hesabat dövründə "Yandeks.Poisk" axtarış sisteminin payı 0,75 faiz azalaraq 2,99 faiz təşkil edib.

"Yandex" axtarış sisteminin payı isə 0,07 faiz azalaraq 0,71 faizə bərabər olub.

Eyni zamanda, "Bing"in bazardakı payı 0,06 faiz artıb və 0,42 faiz təşkil edib.

Azərbaycanın axtarış sistemi bazarında 0,69 faiz digər axtarış sistemlərinin payına düşüb.

Milli.Az