Səlçuk Bayraktar PUA təlimlərini bitirən azərbaycanlılarla bir arada - FOTO

1 Aprel 2021 20:37

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktar təlimlərini "Baykar" Müdafiə Uçuş Təlimləri Mərkəzində tamamlayaraq, məzun olan azərbaycanlı PUA heyəti ilə görüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bununla bağlı tvitter hesabında paylaşım edib.

"Qarabağ Tək Vətən Hərəkatı xatirəsinə hazırladığımız nişanları onlara təqdim etdik", - S.Bayraktar bildirib.

O, heyətə türk paxlavası paylamağı da unutmayıb.

Milli.Az