Ermənistan proporsional seçki sisteminə keçib

1 Aprel 2021 19:54

Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.

Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.

Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Milli.Az