Məşhur aparıcı xəstəxanaya yerləşdirildi

1 Aprel 2021 18:54

Aparıcı Seren Serengil xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcının "Söylemezsem Olmaz" proqramında qəfildən halı pisləşib. Seren televiziya əməkdaşlarının köməyi ilə təcili olaraq xəstəxanaya aparılıb.

Daha sonra Serenin həmkarı aparıcı Arto onun səhhəti ilə bağlı açıqlama verib:

"Səhhətində problemləri var. Özünə daha yaxşı baxmalıdır. Bir müddət müalicə alacaq". 

Milli.Az