Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq

1 Aprel 2021 15:59

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

Milli.Az bildirir ki, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.

Milli.Az