Paşinyan keçmiş qubernatoru nazir təyin etdi

1 Aprel 2021 13:04

Ermənistan baş naziri Nikol Paşinyan dünəki istefadan sonra boş qalmış yüksək texnologiyalar sənayesi naziri postuna yeni kadr təyin edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Paşinyanın qərarı ilə Ermənistanın Tavuş vilayətinin keçmiş qubernatoru Hayk Çobanyanı yüksək texnologiyalar sənayesi naziri təyin olunub.

Qeyd edək ki, dünən Akop Arşakyan bu vəzifədən istefa vermişdi.

Milli.Az