Gürcüstanda iki yeni nazir təyinatı olub

1 Aprel 2021 13:14

Gürcüstanda iki yeni nazir təyinatı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün istefa vermiş Baş nazirin müavini, maliyyə naziri İvane Maçavarianinin yerinə Laşa Xutsişvili təyin edilib.

Ədliyyə naziri Qoça Lordkipanidzeni isə müdafiə nazirinin müavini Rati Breqadzenin əvəz edəcəyi bildirilib.

Milli.Az