Türkiyənin səhiyyə naziri ÜST brifinqinə dəvət olundu

1 Aprel 2021 12:19

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr olunmuş brifinqinə dəvət olunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, nazir ÜST baş direktorunu müşayiət edəcək.

Dəvətin Türkiyənin pandemiya ilə uğurlu mübarizə modeli ilə bağlı olduğu və təcrübənin digər ölkələrlə bölüşülməsi məqsədilə edildiyi bildirilib.

Milli.Az