Ceyhun Bayramov Rusiyaya getdi

1 Aprel 2021 11:05

Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Milli.Az-a XİN-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az