Bayden bu gün ilk dəfə kabinetin tam tərkibdə iclasını keçirəcək

1 Aprel 2021 08:53

ABŞ lideri Co Bayden bu gün president seçildikdən bəri ilk dəfə olaraq kabinetin tam tərkibdə iclasını keçirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu çərşənbə günü Ağ Evin Mətbuat katibinin müavini Karin Jan-Piyer açıqlamasında bildirib.

O, əlavə edib ki, görüş zamanı əsas müzakirə mövzusu Bayden tərəfindən təklif olunan pandemiya dövründə ABŞ iqtisadiyyatını dəstəkləyən planın həyata keçirilməsi olacaq.

Milli.Az