“Facebook” Donald Trampla müsahibənin videosunu silib

1 Aprel 2021 08:43

"Facebook" şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı blokladığı müsahibənin videosunu bu dəfə tamamilə hesabdan silib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu şirkət təmsilçilərindən biri söyləyib.

Xatırladaq ki, söhbət "The Right View" onlayn şousunda sabiq prezidentdən Lara Trampın götürdüyü müsahibədən gedir.

Milli.Az