Bakıda qadını qatar vurub

1 Aprel 2021 08:33

Bakının Nizami rayonunda bir nəfər qatar vurulması nəticəsində ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, Babək prospektində dəmiryol relslərinin üzərində gəzən 1989-cu il təvəllüdlü İsmayılova Həyat Yaqub qızını teplavoz vurub.

Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

Milli.Az