Bakıda gecə saatlarında dəhşət: Yaralılar var

31 Mart 2021 23:55

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Rzayev Hüseyn Elvin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Milli.Az