İmam Sadiq (ə) buyurur: "Həqiqətən, mömin günah edər və 20 ildən sonra yadına düşər. Allahdan o günahına görə bağışlanma istəyər. Allah onu bağışlayar".
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah o bəndəsini sevir ki, böyük günahlarında Ona diqqət edər. (Ondan bağışlanma istəyər).
Düşmən bilir o bəndəni ki, kiçik günahı az və xar hesab edər. Ona qarşı etinasız olar".
İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki, Allah insanlardan iki sifətdən başqasını istəməmişdir:
1. Allahın nemətlərini etiraf etmək ki, neməti onun üçün artırsın.
2. Günahlarına etiraf etmək ki, Allah günahlarını bağışlasın".
İmam Əli (ə) buyurur: "Günahdan peşman olmaq, insanı ondan əl çəkməyə vadar edər".
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, mömin yaxşı əməl yerinə yetirmək niyyətində olar, ancaq yerinə yetirməzsə - onun üçün bir həsənə yazılar. Ancaq əgər yaxşı əməli yerinə yetirərsə onun üçün on həsənə yazılar.
O zaman ki, mömin pis əməli niyyəti edər, amma onu yerinə yetirməzsə - onun üçün günah yazılmaz".
İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Nə zaman bəndə istiğfar edər, (Allahdan bağışlanma istəyər), əməl dəftəri o halda yuxarı qalxar ki, parıldayar".
İmam Sadiq (ə) buyurur: "Allah Təala mömin bəndəsi tövbə edən zaman sevinər - o kəs kimi ki, bir şeyini itirər və sonra itirdiyini tapar və sevinər".
Əhli-Beytdən (ə) nəql olunur: "Hər bir şeyin dərmanı vardır və günahın dərmanı - istiğfardır".
Mübarək Şəban ayının ən çox tövsiyə olunan bu əməlini yerinə yetirək və Allaha yaxın olaq.
Milli.Az