Ölənlərimizi bu əməllər ilə sevindirək

4 Aprel 2021 20:55

Həzrət Peyğəmbər (s) buyurur: "Ölüləriniz üçün hədiyyə göndərin".

Soruşurlar ki, onlar üçün hədiyyə nədir?

Həzrət buyurur: "Sədəqə və dua".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər cümə möminlərin ruhları öz ev və mənzillərinin qarşısına gələrlər. Qəmli səslə nida edərlər: "Ey bizim  ailəmiz, ey övladlarımız, ey ata və anamız, ey yaxınlarımız! Bizə qarşı mehribanlıq edin".

Həzrət (s) bu sözləri deyib ağlayır və səhabələri də onunla birlikdə ağlayırlar.

Hədislərdə oxuyuruq ki, İmam Sadiq (ə) hər axşam övladları üçün, hər gündüz ata və anası üçün iki rükət namaz qılarmış və onun savabını onlara hədiyyə edərmiş. Birinci rükətdə "Həmd"dən sonra "Qədr" surəsini, ikinci rükətdə isə "Həmd"dən sonra "Kövsər" surəsini oxuyarmış.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, ölüləri üçün xeyir əməl yerinə yetirər - savabı həm onun üçün və həm də ölü üçün - hər ikisi üçün yazılar".

Ölənlərimizi unutmayaq və onları xeyir işlərimizdə şərik edək.

Milli.Az