Belə insanlarla mübahisə etməkdən çəkinin

4 Aprel 2021 19:50

İmam Əli (ə) (Kumeylə tövsiyəsindən):

"Ey Kumeyl, insanların hər təbəqəsinin içində, başqalarından üstün və möhtərəm olan bir dəstə var. Buna görə də onların alçaq və aşağı dərəcəli dəstələri ilə mübahisə etməkdən çəkin. Əgər sənə xoşagəlməz bir söz desələr, döz və Allah-taalanın "cahillər onlara (xoşagəlməz) bir söz dedikdə onlarla gözəl, yumşaq danışarlar" deyə vəsf etdiyi kəslərdən ol".

(Bəşarətul-Mustafa, səh. 26).

Milli.Az