25 saniyədə 50 minlik avtomobilin faralarını oğurladılar - VİDEO

31 Mart 2021 14:14

Türkiyənin Mersin ərazisində oğurluq hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, gecə saatlarında şübhəli iki şəxs 50 min lirə dəyərində olan lük avtomobilin faralarını oğurlayıblar.  Həmin anlar kameralara anbaan əks olunub. Belə ki, oğurluğu törədən şəxslər 25 saniyə ərzində faraları götürərək  ərazidən uzaqlaşıblar.

Polis qısa zamanda şəxsləri saxlayıblar. Onlar törətdikləri əməldən peşman olduqlarını ifadə ediblər.

Milli.Az