Azərbaycanda qalan 670 Rusiya vətəndaşı ölkəsinə yola salınıb

31 Mart 2021 12:29

Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşlarının dayandırılması səbəbindən ölkəmizdə qalan 670 Rusiya vətəndaşının ölkəsinə keçidi təmin olunub.

Milli.Az bildirir ki, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində qeydiyyatda olan qonşu ölkənin vətəndaşlarının "Samur" sərhəd keçid məntəqəsindən ölkələrinə qayıtması baş tutub.

Milli.Az