Günel də koronavirusa yoluxdu

31 Mart 2021 10:36

Müğənni Günel Ələkbərova da koronavirus infeksiyasına yoluxub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. Bir neçə gündür hərarəti olan ifaçı test nəticəsinin pozitiv olduğunu bildirib:

"Yıxmadı dağ məni, indi yıxacaq bu məni? Elə şey yoxdur. Dostlar, pozitiv olaq, qalan şey boşdur. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Evdə müalicə alıram".

Milli.Az