Göygöl rayonunda ağır yol qəzası baş verib.
Milli.Az bildirir ki, hadisə nəticəsində bacı-qardaş - 1970 ci il təvəllüdlü Dürdanə Xəlilova və Adil Xəlilov xəsarət alıb.
Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Həkimlərin bildirdiyinə görə Dürdanə Xəlilova və Adil Xəlilovun vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az