Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə boğularaq ölüb

31 Mart 2021 09:55

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb. 

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az