Ukrayna “Pfizer”dən 1 milyon doza peyvənd alacaq

31 Mart 2021 10:44

Ukrayna koronavirusa qarşı "Pfizer" vaksininin 1 milyon dozasını alacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bildirib. Onun sözlərinə görə, preparat iyun ayının sonuna qədər tədarük edilməlidir.

"Biz COVAX-dan əlavə olaraq "Pfizer" vaksininin 1 milyon dozasının ayrılması haqqında təsdiqi almışıq", - deyə Lyaşko vurğulayıb.

Vaksin ölkəyə tranşlarla çatdırılacaq.

Milli.Az