44 nəfərə qarşı dələduzluq edən şəxsin istintaqı başa çatıb

31 Mart 2021 10:14

44 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Fərhad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, F.Məmmədov zərərçəkmişlərə "Simental" cinsli iribuynuzlu heyvanları dövlət xətti ilə ucuz qiymətə verəcəyini vəd edib. Uzun müddət keçməsinə baxmayaraq F.Məmmədov vədinə əməl etməyib.  

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az